Toyda zəhərlənən gəlin biraz sonra geri qayıtdı

Toyda zəhərlənən gəlin biraz sonra geri qayıtdı 

Bu il ərzində ilah sancmasından, dərman preparatlarından zəhərlənmə halları artıb. Belə zəhərlənmələrdə ölüm halı qeydə alınmayıb. Qaraqurd sancmasından isə 5 nəfər dünyasını dəyişib.

Bu sözləri baş toksikoloq Azər Maqsudov bu il ərazində ölkə ərazisində baş vermiş zəhərlənmələrlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, daha bir nəfər sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib.

Ancaq bu ölüm hallarında ötən illə müqayisədə azalma var:

"2016-cı il üçün hörümçək sancmasından 10 nəfər ölmüşdüsə, bu il bu diaqnozdan ölənlərin sayı 5 nəfərə qədər azalıb. Ölənlərin orta yaşlı insanlar olduğu müşahidə edilir".

Sirkə turşusundan il ərzində 237 nəfər zəhərlənib, onlardan biri dünyasını dəyişib. Ötən il isə sirkə turşusundan 254 nəfər zəhərlənib, onlardan 3 nəfəri ölmüşdü.

Spirtli içkidən bu il 89 nəfər, ötən il isə 108 nəfər zəhərlənib. A.Maqsudovun sözlərinə görə, bunun əsas səbəbi spirtli içkilərin tərkibinin dəyişdirilməsidir. Zəhərlənənlərin əksəriyyəti isə “bomj”lar olub.

Dərmandan zəhərlənmə ilə bağlı bu il 1100, ötən il isə 1400 nəfər həkimə müraciət edib.

Bu ilin dekabrında dəm qazından baş verən zəhərlənmə hadisəsi isə toyqabağı ölüm ilə nəticələnəcəkmiş.

Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova bildirib ki, toyuna hazırlaşan gəlin hamam otağında dəm qazından boğulub. Gecə saatlarında o huşsuz vəziyyətdə xəstəxanaya aparılıb və ilkin müayinədən sonra o özünə gəlib. Gecə xəstəxanaya qaldırılan qız xəstəxanadan toyuna gedib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər