Tural Nəbiyev: Ölkəmizin uğurlu enerji siyasəti diplomatik uğurlarımızın bir parçasıdır

Tural Nəbiyev: Ölkəmizin uğurlu enerji siyasəti diplomatik uğurlarımızın bir parçasıdır 

Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan enerji siyasəti nəticəsində ölkə yeni tarixi mərhələyə qədəm qoymuşdur.

   Hazırda qloballaşan dünyada artan neft gəlirləri ölkələrin iqtisadi siyasətinin müəyyənləşdirilməsində həlledici rol oynayır. Neftlə zəngin Azərbaycan dövləti öz iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədi ilə bu gəlirlərdən səmərəli istifadə edir. Dövlətimiz neft gəlirlərinin xərclənməsi baxımından uğurlu siyasət yürüdür.

 Azərbaycan Prezidenti ölkənin daxili enerji tələbatının təmin edilməsinə xüsusi əhəmiyyət verir. “Azərbaycanın çox güclü energetika potensialı olacaqdır. Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir” - deyən ölkə başçısı bəyanatlarını bu məqsədə xidmət edən müəssisələrin açılışı ilə sübuta yetirir.

Prezident İlham Əliyevin bu sahədə ən böyük uğurlarından biri müasir tipli modul elektrik stansiyalarının tikilib istifadəyə verilməsidir. Ölkənin elektrik stansiyalarında ildə orta hesabla 20,2 milyard kilovatt/saat artıq elektrik enerjisi istehsal olunur. Bu da respublikada elektrik enerjisinə olan tələbatı tam təmin edir. Hazırda Azərbaycan özünü elektrik enerjisi, neft və qazla tam təmin edir. İqtisadiyyatın məhz bu real sektoru vasitəsilə ölkə təkcə öz regionuna deyil, həm də daha uzaq qonşularına, məsələn, Avropa İttifaqı ölkələrinə sabitləşdirici təsir göstərir.

Neft sənayesinin, ümumiyyətlə, energetika sahəsinin uğurla inkişaf etdirilməsi ölkəmizin qarşısında duran problemləri həll etməyə, iqtisadi və sosial layihələri həyata keçirməyə, qeyri-neft sektorunu inkişaf etdirməyə geniş imkanlar açır. Prezident İlham Əliyevin vurğuladığı kimi, indi qarşıda duran ən mühüm vəzifə neft gəlirlərinin səmərəli istifadəsini təmin etməklə qeyri-neft sektorunun inkişafını sürətləndirmək və sosial problemləri həll etməkdir.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması bunun bariz nümunəsidir. Bu Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.

 Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçdikdən sonraAzərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü.Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu.

Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir.Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur.

 Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Məlun olduğu kimi Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən birinə şevrilib. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub. Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir.

Hazırda ölkəmizdə həyata keçirilən uğurlu enerji siyasəti işğaldan azad edilən ərazilərin zəngin enerji potensialından səmərəli istifadəni və bu istiqamətdə gələcək prespektivləri də əhatə edir.Yeni azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən həyata keçirilən iri infrastruktur layihələr sırasında “yaşıl enerji” zonalarının yaradılması, müasir tipli elektrik stansiyalarının tikilməsi, bərpaolunan enerji mənbələrinin istifadəsi mühüm yer tutur.

Ölkəmizdə aparılan uğurlu enerji siyasətinin tərkib hissəsi olaraq rayonumuzun ərazisində SES və Füzuli yarımstansiyası tikilib istifadəyə verilib. Enerji təhlükəsizliyinin təminatına yönəlmiş bu mühüm addım nəinki rayonumuzun, eləcə də işğaldan azad edilmiş ətraf ərazilərin enerji təminatında vacib rol oynayır.

Nəbiyev Tural

Horadiz şəhər bələdiyyəsi, İctimai Şuranın üzvü

Tural Nəbiyev: Ölkəmizin uğurlu enerji siyasəti diplomatik uğurlarımızın bir parçasıdır
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi