Türkiyə yığması FİFA reytinqində öz mövqeyini saxlayıb –29-cu yer

Türkiyə yığması FİFA reytinqində öz mövqeyini saxlayıb –29-cu yer 

Türkiyənin futbol yığması FİFA-nın reytinqində öz mövqeyini saxlayıb.

Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Qeyd edilir ki, federasiyanın dekabrda yenilənmiş reytinqində Türkiyə komandası 1494 bal ilə 29-cu yerdə qərarlaşıb.

Belçika yığması reytinqin lideri olaraq qalır. Siyahıda ikinci yerdə – Fransa, üçüncü yerdə Braziliya yığması qərarlaşıb.

Qətər yığması bir il ərzində reytinqdə 38 pillə – 93-cü yerdən 55-ci yerə yüksəlib. Qeyd edək ki, hesabat dövründə oyun keçirməyən Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Komanda 1177 xalla 114-cü yerdə qalıb.

FİFA-nın növbəti reytinqi gələn il fevralın 20-də açıqlanacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi