Ukrayna ordusu bu şəhərin bir hissəsini ruslardan geri aldı

Ukrayna ordusu bu şəhərin bir hissəsini ruslardan geri aldı - FOTO

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Volçansk şəhərinin bir hissəsini işğaldan azad edib.

Bu barədə Almaniyanın “Bild” nəşrinin hərbi anlitiki Yulian Röpke məlumat yayıb.

“Ukraynalı əsgərlər Volçanskın şimalında yeni mövqelərini geri alırlar, rus qoşunları təyyarə, raket və artilleriya ilə geri çəkilməyə və itirilmiş ərazilərə hücum etməyə davam edir”, - Röpke bildirib.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri Volçya çayının cənubundan şimal sahilinə əlavə qüvvələrin ötürülməsi üçün Almaniyanın “Biber” tank körpüsündən istifadə edib.

Xatırladaq ki, mayın ortalarında Volçanskın şimal hissəsi və bir neçə mərkəzi məhəlləsi rus qoşunları tərəfindən işğal olunmuşdu.

/AzPolitika.info


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi