Ukraynada qadınlar məcburi səfərbər edilə bilər

Ukraynada qadınlar məcburi səfərbər edilə bilər 

Ukraynada hərbi qeydiyyat və xidmət məsələlərində kişi və qadınları bərabərləşdirmək üçün hazırlanmaqda olan qanun layihəsi qadınların arxa cəbhədəki vəzifələrə səfərbər edilməsinə imkan verəcək.

Bunu Ukrayna parlamentinin hakim Xalqın Xidmətçisi Partiyasından olan deputatı Maryana Bezuqlaya deyib.

Deputatın sözlərinə görə, qadınların hamiləliyə görə xüsusi möhlət və xidmətdən azad olmaq hüququ olacaq.

Bezuqlaya bildirib ki, yaxın iki həftə ərzində Ali Radada ukraynalı kişi və qadınların əksər hüquq və vəzifələrini bərabərləşdirən yeni qanun layihəsinə baxılacaq./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi