Xüsusi təyinatlı qazimizə nə iş verirlər, nə də ki, əlillik +

Xüsusi təyinatlı qazimizə nə iş verirlər, nə də ki, əlillik + VİDEO

"Sizə müraciət etməyimə səbəb hərbi xidmətim zamanı rastlaşdığım və həyatımı bütünlüklə məhv edən haqsızlıqdır".

Bu fikirlər Ucar rayon Bərgüşad kənd sakini, Vətən müharibəsi qazisi Abbaslı Samir Yusif oğlunun Prezidentə müraciətində yer alıb.

Bir nüsxəsi də Faktinfo.az-a  göndərilən müraciətdə deyilir: " Məlumat olaraq Sizə bildirirəm ki, mən 16 yanvar 2012-ci il tarixindən 2013-cü ilin iyul ayına qədər hərbi xidmətdə olmuşam. 2020-ci il avqust ayından etibarən MAHHXHQ əsgər kimi xidmətə başlayaraq, əvvəl bir ay 708 saylı, daha sonra isə 701 saylı hərbi hissələrdə xidmət etmişəm.

Vətən müharibəsi zamanı iki dəfə yaralanmışam. Bakıda Mərkəzi Hərbi Hospitalda müalicə almışam. Müayinələr zamanı aldığım qəlpə yaralarından başqa ürək çatışmazlığından əziyyət çəkdiyim də ortaya çıxdı və hərbi xidmətə tam yararsız hesab edildim. Lakin mənə bildirirlər ki, ürək çatışmazlığm anadangəlmədir. Amma bu, tam yalandır, mən xidmət zamanı ürək xəstəliyinə düçar olmuşam".

Samir Abbaslı yazır ki, bu səbəbdən ona müharbə əlili statusu verimirlər, ancaq mülki şəxs kimi əlillik dərəcəsinin təyin olunmasının mümkünlüyündən danışılıb: "Mən bunu ədalətsizlik və qanunsuzluq hesab edirəm. Əgər məndə ürək çatışmazlığı anadangəlmədirsə, niyə həqiqi hərbi xidmətə aparıblar və niyə bu sistemdə işə götürüblər? Yox, əvvəl ürək çatışmazlığı hiss olunmayacaq dərəcədə olduğundan, orduya qəbul edilmişəmsə, yenə də indiki sağlamlıq vəziyyətimə görə müharibə əlili sayılmalıyam. Axı bu vəziyətə müharibə nəticəsində düşmüşəm. Xəstəliyə görə mənə nə iş verirlər, nə də ki, əlillik dərəcəsi təyin edirlər. Belə çıxır, mən yıxılıb ölməliyəm..."

Şikayətçi qeyd edir ki, həkimlər ona açıq ürək əməliyyatı olunmasının zəruri olduğunu deyiblər.

"Amma əməliyyatın uğurla başa çatacağına, iki azyaşlı övladımın atasız qalmayacağına əminliklə söz vermirlər, həyatımı itirmə riskinin çox olduğunu bildirirlər",-deyə o əlavə edib.

S. Abbaslı qeyd edir ki, müharibə əlili sayılmadığına görə bu əməliyyatı mülki xəstəxanalarda ödənişli etdirməlidir, onu ödəmək üçün də maddi imkanı yoxdur.

Müharibə iştirakçısı media vasitəsi ilə ölkə Prezidentindən və aidiyyatı qurumlardan onun problemi obyektiv araşdırılmasına və müharibə əlili kimi haqqının tanınmasına yardımçı olmağı xahiş edir.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi