Yapon professor Qərbi Kaspi Universitetində mühazirə oxuyub

Yapon professor Qərbi Kaspi Universitetində mühazirə oxuyub 

Martın 11-də Qərbi Kaspi Universitetində Yaponiyalı professor Hosoya Yuichinin mühazirəsi təşkil edilib.

Faktinfo.az-a universitetdən verilən məlumata görə,Keio Universitetinin Beynəlxalq Siyasət fakültəsinin professoru "Müasir Yaponiyada demokratiyaya doğru addımlar: Şərqi Asiyada Yapon diplomatiyası" mövzusunda çıxış edib.

Professor Yaponiyanın siyasi inkişaf modeli, demokratiya təcrübəsi, Yaponiyanın Şərqi Asiyada və beynəlxalq münasibətlərdə yürütdüyü siyasət barədə məlumat verib.

Daha sonra qonaq tələbələri maraqlandıran sualları cavablandırıb və gənclərin beynəlxalq siyasi münasibətlərə adekvat yanaşmasını, universitet tələbələrinin hazırlıq səviyyəsini və burada keyfiyyətli təhsil üçün yaradılmış şəraiti yüksək qiymətləndirib

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi