Yaranmış vəziyyətə Eldar Əzizov müdaxilə etməlidir-Bünyad Sərdarov 11 binasından bir qrup sakin şikayətçidir

Yaranmış vəziyyətə Eldar Əzizov müdaxilə etməlidir-Bünyad Sərdarov 11 binasından bir qrup sakin şikayətçidir - FOTOLAR

Faktinfo.az xəbər verir ki,Səbail rayonu Bünyad Sərdarov 11 binasından bir qrup sakin "Bakı Abad Təmir"dən şikayətçidir.

Belə ki,sözügedən binada yaşayan vətəndaşlar Həsənov Typə Əhməd qızı,Həsənov Rəfiqə Mirəziz qızı,Nəcəfova Sevinc Cəlil qızı,Salamova İnnar Oruc qızı,Hilalov Fuad Fəxrəddin oğlu,Nəcəfov Əli Çingiz oğlu,Həsənova Rəfiqə Çingiz qızı və digər sakinlər bildirirlər ki,küçə boyu bütün binaların blokları təmir olunub,yolun sağı və solunda yerləşən binalarda təmir işləri aparılıb.

Onların yaşadıqları Səbail rayonu Bünyad Sərdarov 11 binasının bloklarından birində də təmir işləri yekunlaşıb. Lakin təmir işləri onların blokunda aparılmayıb,bunu  aparmalı qurum ərazidən uzaqlaşıb.Bu səbəbdən sakinlər hesab edirlər ki,yaranmış vəziyyətə Səbail rayon İcra Hakimiyyətinin məsul şəxsləri,Bakı Şəhər İcra Hakimiyyətinin başçısı,hörmətli Eldar Əzizov müdaxilə etməlidir.

Məlumatda o da qeyd olunur ki,Səbail rayonu Bünyad Sərdarov 11 binası Bakı Şəhər İcra Hakimiyyətinin 300 metrliyində yerləşir,blokun tavanı,pəncərələri,döşəməsi bərbad vəziyyətindədir,ərazidə siçovullar oynaşır.

Qurumdan qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadı,aidiyyatı şəxslər məsələyə münasibət bildirə bilər.

Faktinfo.az



Yaranmış vəziyyətə Eldar Əzizov müdaxilə etməlidir-Bünyad Sərdarov 11 binasından bir qrup sakin şikayətçidirYaranmış vəziyyətə Eldar Əzizov müdaxilə etməlidir-Bünyad Sərdarov 11 binasından bir qrup sakin şikayətçidirYaranmış vəziyyətə Eldar Əzizov müdaxilə etməlidir-Bünyad Sərdarov 11 binasından bir qrup sakin şikayətçidir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi