“7 ay ərzində işçilərə verilməyən 363 min 419 litr südü kim içib”

“7 ay ərzində işçilərə verilməyən 363 min 419 litr südü kim içib” – MİRVARİ QƏHRAMANLI SUAL EDİR

“İşçilər ötən ilin sentyabrından bu ilin aprelinədək südlə təmin olunmayıblar”

“Aldığım məlumata görə, Azneft strukturuna daxil olan idarələrin əmək şəraiti zərərli olan işlərdə çalışan işçiləri yalnız aprel ayında südlə təmin olunublar. Yəni ARƏM-n maddə 211.1 zidd olaraq işçilər ötən ilin sentyabrından bu ilin aprelinədək südlə təmin olunmayıblar”. Hurriyyet.org xəbər verir ki, məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhramanlı açıqlayıb.

“SOCAR-ın sosial vitsesi Bədəl müəllim (müvafiq Departament və şöbələr), Azneft İB Baş mühəndisi, (müvafiq şöbələr), struktura daxil olan idarələrin baş mühəndisləri (müvafiq şöbə ,yaxud xidmətlər) yəqin ki, öz məsuliyyətlərini dərk edirlər və vəzifə borclarını yerinə yetirmədiklərinə görə cəzalanmalıdırlar”,-deyə NHMT sədri vurğulayıb.

“Yalandan siyahi tərtib etsəniz, səsi o dəqiqə çıxacaq”

M. Qəhramanlı qeyd edib ki Azneft İB-də zərərli işdə çalışan işçilərin sayı 6573 nəfər, ay ərzində həmin işçilərə verilməli südün miqdarı 51 917 litrdir: “Bu halda 7 ay ərzində işçilərə verilməyən 363 min 419 litr südü kim içib? Yalandan siyahi tərtib etsəniz, səsi o dəqiqə çıxacaq”.

Qəhramanlı onu da nəzərə çatdırıb ki, qanunda süd və digər keyfiyyətli yeyinti məhsulları qeyd olunub: “Hansı ki, bu və digər keyfiyyətli yeyinti məhsullarının nə olduğunu işçilər bilmir və görməyib. Onlar həmin məhsulları da alanda siyahini təqdim edəcəm”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi