"ABŞ da anladı ki, Azərbaycanla təhdid dili ilə danışmaq olmaz"

"ABŞ da anladı ki, Azərbaycanla təhdid dili ilə danışmaq olmaz" -Könül Nurullayeva

"ABŞ-ın dövlət katibi Entoni Blinkenin telefon danışığı zamanı O’Braynın Azərbaycana səfərinə icazə verməsilə bağlı xahişi, eyni zamanda Prezident İlham Əliyevin bunun qarşılığında irəli sürdüyü şərt bir daha təsdiqlədi ki, heç kim, hətta ABŞ belə Azərbaycanla təhdid dili ilə danışa bilməz.

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin noyabrın 15-də təşkil olunan dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğu bir daha bildirildi və növbəti dəfə Azərbaycan tərəfindən qəti şəkildə rədd edildi. ABŞ isə öz radikal mövqeyindən geri çəkildi".

Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı,Könül Nurullayeva bildirib.

Deputat qeyd edib ki,O’Brayn bir halda Azərbaycana səfər edə bilər –bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılacaq. Dövlət katibi Blinken də Prezident İlham Əliyevin bu şərtini qəbul edib. Blinkenin yanaşması da göstərdi ki, həm Konqres, həm də Dövlət Departamentinin nümayəndələri yanlış mövqedə olublar. Yəni, Ağ Ev heç də Konqresdəki dinləmələrdə iddia olunduğu kimi, rəsmi Bakı ilə münasibətlərin soyumasında maraqlı deyil. Halbuki O’Brayn və Samanta Pauer kimi ermənipərəstlərin yanaşması Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. Təbii ki, bu cür qərəzli yanaşmanın qarşılığında Azərbaycan səssiz qala bilməzdi.

Rəsmi Bakı haqlı olaraq ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması, "ikitərəfli münasibətlərimizdə "əvvəlki kimi” ola bilməz" bəyanatını nəzərə aldı və bunu adekvat cavablandırdı.

K.Nurullayeva onu da bildirib ki, ABŞ-ın regionda mövqeləri zəiflədi. Hadisələrin bu istiqamətdə inkişafı ABŞ-a və onun Cənubi Qafqaz siyasətinə zərbə vurdu. Bəzi amerikalı ekspertlərin də söylədiyi kimi, Azərbaycan ABŞ-ın və ya digər güclərin sözü ilə oturub-duran ölkələrdən deyil. Bizim üçün milli və dövlətçilik maraqları hər şeydən üstündür.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi