ADAU-nun yeni futbol meydançası tələbələrin asudə vaxtının səmərəli təşkilinə xidmət edir

ADAU-nun yeni futbol meydançası tələbələrin asudə vaxtının səmərəli təşkilinə xidmət edir 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi-texniki bazasının yenidən qurulması tədbirləri çərçivəsində tələbələrin asudə vaxtının səmərəli təşkili üçün idman infrastrukturunun müasirləşdirilməsi məsələləri də mühüm yer tutur.

Faktinfo.az-ın məlumatına görə Universitetin mühəndislik korpusunun idman zalında, habelə tələbə evlərində mövcud olan idman qurğuları və avadanlıqları tələbə gənclərin sağlamlığının qorunmasında, onların idmana olan marağının artmasında mühüm rol oyanır. Mühəndislik korpusunun həyətində yerləşən,15 senytabr 2017-ci il tarixində istifadəyə verilmiş, süni ot örtüklü, xüsusi işıqlanma sistemi olan futbol meydançası demək olar ki, bütün gün ərzində və müəyyən olunmuş qrafik əsasında axşam saatlarında tələbə gənclərə xidmət göstərir. 

ADAU-nun yeni futbol meydançası tələbələrin asudə vaxtının səmərəli təşkilinə xidmət edirADAU-nun yeni futbol meydançası tələbələrin asudə vaxtının səmərəli təşkilinə xidmət edir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi