AĞCABƏDİDƏ YOL TİKİNTİSİNDƏ AİLƏ İNHİSARI

AĞCABƏDİDƏ YOL TİKİNTİSİNDƏ AİLƏ İNHİSARI – Milyonlar necə “silinib”…

Ağcabədi rayonu avtomobil yollarının vəziyyətinə görə ən acınaqlı halda olan azsaylı rayonlardan biridir. Bunun səbəbi heç də Ağcabədi rayonuna ögey münasibətlə bağlı deyil.

Faktinfo.az Hurriyyet.org-a istinadən xəbər verir ki,Ağcabədinin yollarının tikintisi və təmiri üçün ayrılan pullar effektli şəkildə istifadə olunmur. Bunun səbəbi isə bu rayonun  yol tikintisində ailə inhisarının mövcudluğudur.

Bir qayda olaraq Ağcabədi rayonunda yolların  əsaslı təmiri ilə bağlı tenderləri Fuad Vidadi oğlu Cavadov direktor olduğu “Fərid” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanır.

Məsələn, ötən ilin iyul ayında Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin elan etdiyi və 530 min manat büdcə vəsaitinin ayrıldığı tenderi məhz “Fərid” MMC-i qazanıb. “Fərid” MMC-nin direktoru Fuad Cavadov Ağcabədi 33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi müəllimin oğludur. Fuad dövlət büdcəsinin yarım milyondan artıq pulunu 10 manatlıq “Fərid” MMC  vasitəsilə sahib çıxa bilib. Bundan sonra isə atasının rəhbərlik elədiyi 33 saylı Yol İstismar İdarəsindən nəqliyyat və texnikanı “icarəyə” götürərək yolları əsaslı təmir edib.İşlədilən texnikaya görə “Fərid” MMC-nin 33 saylı Yol İstismar İdarəsinə nə qədər pul ödənildiyi ata-oğuldan başqa kimsəyə məlum deyil.

Ağcabədi 33 Saylı Yol İstismar İdarəsinin rəisi isə bu haqda danışmaq, cəmiyyətin informasiya almaq hüququna hörmət etmir. Belə ki, bu məsələ ilə bağlı suallarımızı cavablandırmaqdan imtina edir. Buna görə də biz cəmiyyəti məlumatlandırarkən birtərəflilik prinsipinə üstünlük vermək məcburiyyətində qaldıq.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün çoxsaylı zənglərimizə cavab verilmədi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi