"Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in fəaliyyətində nə dəyişdi?-

"Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in fəaliyyətində nə dəyişdi?- Xəstəxanadakı qohumbazlıq...

Ramin Bayramlı TƏBİB-in sədri vəzifəsini icra etdiyi illərdə rayon xəstəxanalarında baş həkimləri dəyişdi.Bu yanaşma Ağstafa rayonuna da tətbiq olundu. Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə İlham Sofiyev təyin olundu.

Əksər vətəndaşlarımız bu çoxsaylı baş həkim təyinatlarından sonra səhiyyə sistemində müsbət dəyişikliklərin olacağına ümüd bəsləyirdi.Amma əksər rayonlarda olduğu kimi ictimayyət "Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs" in fəaliyyətində də müsbət təmayülləri müşahidə etmədi.

Əksnə idarəetmənin yox səviyyəsində olması,tibbi işin təşkilindəki nöqsanlar, xəstəxananın poliklinika şöbəsində xəstələrə qarşı kütləvi şəkildə tətbiq olunan süründürməçilik, xəstəxanadakı qohumbazlıq,əlilliyin təyin edilməsi ilə bağlı xəstəxana rəhbərliyinə yaxın şəxslərə məxsusi yanaşma,bəzi həkimlərə qarşı tətbiq olunan ayrıseçkilik   və s. hallar narazılıqlarla müşayiət olundu.

Faktinfo.az xəbər verir ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasında tragikomik hadisələr də yaşanır, polis gəlib insanları sakitləşdirir.Xəstəxanada çalışan bəzi həkim və tibbi personaldan  olunan şikayətlərin araşdırılması,narazılıqların qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyətindən müəyyən nümayəndələr xəstəxanaya gəlirlər.Belə olan halda sual olunur,TƏBİB xəstəxanalarda,o cümlədən "Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in fəaliyyətində nəyi dəyişdi?

Hazırda onlarla əlil şəxslərin sənədlərinin ƏƏSMN-in Respublika Tibbi Sosial Ekspertiza Mərkəzi üçün xəstəlik kodları  üzrə F-88-ə  əhatəli şəkildə işlənib sistemə göndərilməməsi, bu işi həyata keçirən operatordan xəstəxananın baş həkimi İlham Sofiyevə olunan çoxsaylı şikayətlərin nəticəsiz qalması xəstələrdə  narazılığın miqyasını genişləndirir.

Faktinfo.az

"Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in fəaliyyətində nə dəyişdi?-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi