Azərbaycanda iki futbolçunun həbs xəbəri yayıldı – Şok faktlar

Azərbaycanda iki futbolçunun həbs xəbəri yayıldı – Şok faktlar 

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” oyunu böyük qalmaqala səbəb olacaq. Meydan sahiblərinin 3:1 hesabıyla qalib gəldiyi matçda qonaqların könüllü təslim olmasına dair ehtimallar təsdiqini tapır.

Futbolinfo.az saytına daxil olan məlumata görə, bu oyun yüksək səviyyədə araşdırılır və ilk addımlar da atılıb. Dünən “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədovun 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılması haqda açıqlamasından bir neçə saat sonra şok hadisə baş verib. Axşamüstü hər iki oyunçu müvafiq orqanlar tərəfindən saxlanılıb və hazırda dəmir barmaqlıqlar arxasındadılar.

“Neftçi” ilə oyundan sonra Ramiz Məmmədovun “səbələri açıqlasam, böyük partlayış ola bilər” sözləri təsadüfi deyilmiş. “Keşlə”nin çalışdırıcısı hadisələrdən xəbərdar olub. O, komandanın əksər oyunçularının bilərəkdən uduzduğunu meydanda sərgilədikləri futbola görə hiss edibmiş. “Neftçi” ilə matçdan öncə məşqçi olayların belə axar alacağından duyuq düşübmüş. Amma mümkün məğlubiyyətin məsuliyyəti altında qalmamaq üçün həmin futbolçuları meydana buraxıb və şübhələri doğrulub.

Məlumata görə, “Neftçi” ilə oyunda start heyətdə meydana daxil olan futbolçuların böyük əksəriyyəti bu plana qulluq edirmiş. Orxan Sadıqlı, Sərtan Daşqın, Adrian Skarlatke və Pərdis Fərcad-Azaddan başqa bütün futbolçular könüllü məğlubiyyətə razılaşıb. Düzdü, bəziləri plana qoşulmayıb, amma adlarını çəkilənlər kimi, etiraz da etməyiblər.

Baş rolda “Neftçi” ilə müqavilə bağlamağa hazırlaşan Hacıyev və futbolçular üzərində gizli hökmranlığı olan Seyidov olub. İlk olaraq komandadan bu futbolçuların qovulması və hüquq-mühafizə orqanları tərəfindən məhz onların saxlanılması da təsadüfi deyil. Yaxın günlərdə bu işdə əli olan digər futbolçuları da eyni aqibət gözləyir.

Araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi