Baş mühasib peşə mərkəzini talayanda direktor Mətləb Hüseynov hara baxırmış? -

Baş mühasib peşə mərkəzini talayanda direktor Mətləb Hüseynov hara baxırmış? - İTTİHAM VAR!

Azərbaycanda peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı.

Sözügedən Agentliyin yaradılmasında əsas məqsəd peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək olub. Həmçinin əmək bazarının tələblərinə uyğun müasir tədrisin təşkilinə nail olmaq və bu istiqamətdə ölkəmizdəki peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etmək, işə götürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsini həyata keçirmək olub. Bu bir daha onu göstərir ki, ölkəmizdə peşə-ixtisas təhsilinə böyük ehtiyac var və bu məsələ ölkə rəhbərliyinin ciddi nəzarətindədir.

Amma görəsən bu həqiqətənmi belədir? Bakıda, Sabunçu rayonundakı Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi bir neçə peşə məktəbinin bazasında yaradılıb. 1996-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 saylı Bakı Peşə Liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyi 02 sentyabr 1996-ci il tarixli, 440 saylı əmrinə əsasən 84 saylı Texniki Peşə Məktəbi Bakı Texniki Liseyi ilə birləşdirilərək 12 saylı Bakı Peşə Liseyi adlandırılmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 405 saylı, 11 oktyabr 2016-cı il tarixli qərarına əsasən 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi və 10 nömrəli Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi yaradılmışdır.

2019-cu ildə 4 peşə məktəbini özündə birləşdirən Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinə Mətləb Hüseynov direktor təyin olunduqdan sonra burada ciddi dəyişikliklər baş verib. Belə ki, Təhsil Mərkəzinin direktoru olduqdan sonra Mətləb Hüseynov bütün peşəkar kadrları işdən çıxarıb və öz komandasını yığmağa başlayıb. İlkin olaraq peşə mərkəzinin 40 ilə yaxın peşə təhsili üzrə ixtasaslı kadrını müxtəlif bəhanə ilə işdən çıxarıb. Onun 9 saylı Bakı Peşə Liseyinə direktoru olduğu dövrdə törətdiyi qanunsuz əməllərindən elektron media resurslarında kifayət qədər geniş məlumatlar yayılıb. Mətbuatın yazdığına görə Mətləb Hüseynov vaxtı ilə Təhsil naziri olmuş, hazırda isə iqtisadiyyat naziri olan Mikayıl Cabbarovun kadrıdır. Yəni onları hansısa bir qohumluq, dostluq telləri bağlayır.

Mətbuatın yaydığı məlumatlara belə aydın olur ki, Mətləb Hüseynov karyerası boyu işlədiyi bütün vəzifələrdə dövlətin malını talamaqla məşğul olub. İstər Bakı Sənaye-Pedoqoji Kollecində çalışanda istər, 9 saylı Bakı Peşə Liseyinə direktoru olduğu dövrdə,istərsə də Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinə rəhbərliyi dövründə ancaq qanunsuz işlərlə məşğul olub ki, bunların çoxu hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb, bir çox faktlar təsdiqini tapsa da Mətləb Hüseynova dəyən olmayıb. Elə ən sonuncu yoxlamada da həmçinin.

Məlum olduğu kimi Hesablama Palatası 2022-ci il üzrə iş planına uyğun olaraq Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və tabeliyində olan qurumlara ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasına dair uyğunluq auditi aparıb. Audit zamanı peşə təhsili müəssisələrinin fəaliyyətinin və tədrisin təşkilinin dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunması ilə qarşılıqlı təsiri, həmçinin vəsaitin kadr hazırlığı məqsədilə ayrıldığı nəzərə alınaraq funksional fəaliyyətlə bağlı məsələlərə diqqət yetirilib və dövlət strategiyalarında nəzərdə tutulmuş hədəflərin reallaşmasına təsir elan amillər təhlil olunub. Bu zaman Agentliklə yanaşı peşə təhsili müəssisələrinin əksəriyyətində nöqsanlar, qanunsuzluqlar aşkarlanıb. O cümlədən də Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində.

Bizə verilən məlumatlara görə Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzindəki audit yoxlamasından sonra Peşə Təhsili üzrə Dövlət Agentliyi mərkəzin baş mühasibini işdən çxarıb. Niyə? Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzindəki maliyyə pozuntu hallarını güya baş mühasib özbaşına törədib. Maraqlıdır bəs onda Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynov harada olub, hara baxıb?

Bizə verilən digər məlumatlara görə Mətləb Hüseynov Peşə Təhsil Mərkəzinin müəllimlərindən pul toplamağa başlayıb. Mərkəzdə baş vermiş  maliyyə pozuntusunu bərpa etmək üçün.Bu halda isə suallar yaranır.Dövlət vəsaitlərini baş mühasib mənimsəyibsə, çatışmayan vəsaiti Mətləb Hüseynov niyə ödəyir? Digər tərəfdən, idarədə hər hansı bir maliyyə əməliyyatı aparılması birbaşa direktorun səlahiyyətləri daxilindədir.Yəni,baş mühasib idarə rəisinin imzası və möhürü olmadan hər hansı bir maliyyə əməliyyatı apara bilməz.Belə olan halda Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi nədən Mətləb Hüseynovun barəsində deyil, baş mühsibin barəsində ölçü götürüb? Bu suala isə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev aydınlıq gətirməlidir./Aktualinfo.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi