"BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi özünü təkzib edir"

"BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi özünü təkzib edir" -Alim – aqronom

Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində müxtəlif vəzifələrdə çalışmış, təcrübəli alim – aqronom Xanəhməd Əsgərov saytın elektron poçtuna məktub göndərib.

   Faktinfo.az saytına göndərilən məlumatda bildirilir ki,BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi özünü təkzib edir.Xanəhməd Əsgərov bunu onunla əsaslandırır ki,bir müddət öncə Bakı şəhərində şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədi ilə tədqiqat işləri üçün xüsusi olaraq İsraildən Bakıya dəvət edilən bitkiçilik üzrə mütəxəssis, arqonom Qabriel Eliazz paytaxtın bir çox yerlərində xəstə şam ağaclarının vəziyyəti ilə tanış olub, onların müxtəlif hissələrindən nümunələr götürərək analizlər aparıb, xəstə ağacların müalicəsi və profilaktikası, kütləvi qurumanın qarşısının alınması ilə bağlı tədbirlər planı hazırlayıb.

   

 Bu işlər çərçivəsində  şam ağaclarının çox olduğu ərazilərdə Qabriel Eliazzın nəzarəti altında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağaclara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilməsi və onların kimyəvi məhlullarla yuyulması da xəbərlərdə qeyd edilib.(Buna dair internet üzərindən apardığımız araşdırma bu barədə xəbərlərin yayılmasını təsdiqləyir -Faktinfo.az) Hətta, bununla əlaqədar olaraq komissiya da yaradılıb,deyə alim-aqranom bildirir.

  

 Saytlarda yayılan və Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin də təkzib etmədiyi bu xəbərdən sonra uzun illər Yaşıllaşdırma Təsərrüfatı Birliyində çalışmış aqranom Xanəhməd Əsgərov Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevə teleqram vurub və yaradılmış komissiyada iştirakı üçün ölkə rəhbərindən xahiş edib.

  

 Lakin 26 sentyabr 2022-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən baş direktor Həsrət Əmrahovun imzası ilə aqranom  Xanəhməd Əsgərova cavab verilib:" Sizin Bakı Şəhərində ağacların quruması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində İsrailli mütəxəssisin iştirakı ilə təşkil olunan komissiyanın tərkibində iştirak etməklə bağlı Azərbaycan Respubilkasının Prezidentinə ünvanladığınız 18.08.2022-ci il tarixli ərizəyə aidiyyatı üzrə Yaşıllaşdırma Təsərrüfatı Birliyində baxılmışdır.Qeyd etmək istəyirik ki,Bakı Şəhər İcra Hakimiyyətində İsraildən dəvət olunmuş mütəxəssisin iştirakı ilə yaradılmış komissiya haqqında məlumatımız yoxdur."

  

 Ona göndərilmiş məlum məktubdan sonra aqranom  fikirini sayta göndərdiyi məlumatda belə yekunlaşdırır:"Ölkədə onlarla sayt İsrailli mütəxəssis, arqonom Qabriel Eliazzın şam ağaclarının vəziyyəti ilə tanış olub, onların müxtəlif hissələrindən nümunələr götürərək analizlər aparımasına dair məlumat yayırsa,bundan da Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xəbəri olmursa və ya adekvat təkzib etmirsə vəziyyət həqiqətən acınacaqlıdır. Hesab edirəm xəstə hesab edilən şam növlərini kimyəvi məhlulla yumaqdansa,inyeksiya etməkdənsə  ağacdan,bitkidən xəbəri olmayan qeyri-peşəkarların müalicəsinə ehtiyac duyulur,"-deyə Xanəhməd Əsgərov bildirir. 


Alim-aqranom Xanəhməd Əsgərovun göndərdiyi məktubu təqdim edirik:

 FAKTİNFO.AZ

 





 


"BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi özünü təkzib edir"
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər