Çempionlar Liqasında "Beşiktaş"ın rəqibi bilindi 

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən Türkiyənin "Beşiktaş" klubu bu mərhələdə "Bavariya" ilə qarşılaşacaq.

"Real" - PSJ, "Çelsi" - "Barselona" oyunlarını isə erkən final adlandırmaq olar.

Püşkatmanın nəticəsi:

“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)
“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)
“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
“Real” (İspaniya) - PSJ (Fransa)
“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)
“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)
“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 13-14 və 20-21-də, cavab qarşılaşmaları isə martın 6-7 və 13-14-də keçiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi