Ərdoğan mənə görə müharibəyə qoşulmadı -

Ərdoğan mənə görə müharibəyə qoşulmadı - Tramp

Mən Prezident Ərdoğanı sevirəm. Məni çox yüksək səviyyədə qarşıladı. O, möhtəşəmdir.Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Amma Bibi (İsrail Baş naziri netanyahu - red.) dünən Türkiyə və Ərdoğan haqqında sərt fikirlər səsləndirdi.

Mən də ona dedim ki, bilirsiniz, mən Ərdoğanla danışmışam. Dedim ki, o, müharibəyə qoşula bilərdi, çünki İsraili o qədər də sevmir. Bibini də sevmir. Amma mənim xahişimə görə müharibəyə qoşulmadı.

Türkiyə böyük hərbi gücdür. Milyonlarla əsgəri var. Onlarda bizim ən yaxşı hərbi texnikamızdan çoxu var. F-35 qırıcılarını almağa çalışırlar.

Amma müharibəyə girmədi. O istəyirdi, girəcəkdi. Əgər mən olmasaydım, o, müharibəyə girəcəkdi. Və o zaman qarşı tərəfdə yer alacaqdı”, - Tramp bildirib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi