Ərdoğan raket istehsalının artırılmasını tapşırıb

Ərdoğan raket istehsalının artırılmasını tapşırıb 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ilə İran arasında davam edən müharibə fonunda ölkəsində orta və uzaqmənzilli raketlərin istehsalının artırılması barədə göstəriş verib.

Bu barədə ABŞ-nin nüfuzlu “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, bu qərar İsrail və İranın artıq beşinci gündür bir-birini raket atəşinə tutması və münaqişənin neftlə zəngin digər Yaxın Şərq ölkələrinə də yayılması qorxusunun artdığı bir vaxtda verilib.

“Son aylarda bir neçə geosiyasi toqquşma nöqtəsi ölkələri müdafiə xərclərini artırmağa məcbur edib və Türkiyə bu silahlanma yarışında geri qalmamaq üçün sürətlə addımlar atır”,- deyə “Bloomberg” qeyd edir./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi