Ermənistanın şıltaqlıqları: -Fransanın sülhə maneə olan addımları

Ermənistanın şıltaqlıqları: -Fransanın sülhə maneə olan addımları 

Fransa dövləti regionda sülhün olmasını istəmir, vəziyyəti gərginləşdirir və Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının saxlanmasına çalışır.

Burada məqsəd Ermənistandakı Rusiya hərbi bazasını Fransa bazası ilə əvəz etməkdir. Emmanuel Makronun Fransada olduğu günlər bu istiqamətdə atılan addımlar – İrəvan hava limanından rusiyalı hərbçilərin çıxarılması, Paşinyanın ODKB-də fəaliyyətlərini dondurduğunu bildirməsi, Fransanın müdafiə nazirinin Ermənistan üçün ayrılmış hərbi texnika ilə İrəvana səfər edəcəyini bəyan etməsi buna əyani sübutdur.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa Sherg.az-a bildirib ki,əslində Fransanın bu fəaliyyəti bizim xeyrimizədir:

"Fransa Ermənistan üzərindən nə qədər Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışsa, Ermənistanla da bir o qədər əlaqələrin korlanması deməkdir. İndiyə qədər Ermənistanın əsas resursu Rusiya ilə olan münasibət idi. Ermənistanın bütün şıltaqlıqları Rusiyanın ona dəstək verməsi ilə bağlı olub. Dəstəyin aradan qaldırılması isə Ermənistanın boyundan artıq hərəkət etməsini gündəmə gətirir.Ermənistanın bu hərəkətinin hansısa şəkildə gələcəkdə ona fayda verməyəcəyini düşünürəm.Fransa texnikasını ora aparsa,Ermənistan Rusiyanın bazasını nə edəcək? Rusiyanın texnikasının oradan çıxması Ermənistan məkanını konfilikt ocağına çevirir. Belə bir vəziyyətdə Ermənistanın hansı çıxış yolu seçəcəyi maraqlıdır. Çünki Ermənistanın atdığı addım real siyasətdən daha çox uzaqlaşması anlamına gəlir. Bizə də Ermənistanın real siyasətdən uzaqlaşaraq daha böyük zərbələr alması lazımdır. Belə çətinlik içərisində isə qonşu dövlətlərə qarşı aqresiya bəsləməyi unutması baş verə bilər. Yəni Ermənistan öz daxilində Fransa və Rusiya ilə münasibətləri həll etməklə məşğul olmalıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi