Gənc qızın bu hərəkəti Kim Çeni qəzəbləndirə bilər

Gənc qızın bu hərəkəti Kim Çeni qəzəbləndirə bilər 

Şimali Koreyadan Qış Olimpiya Oyunlarına dəstək vermək üçün Cənubi Koreyaya göndərilən “Gözəllər ordusu” üzvləri bütün ölkələrin çıxışlarını alqış və rəqsləri ilə dəstəkləsə də, ABŞ idmançılarının çıxışı zamanı öz sükutları ilə onlara etirazlarını bildirib.

Qrup üzvlərindən biri ABŞ təmsilçilərinin çıxışı zamanı adət halını almış bu sükutu pozub. Belə ki, “Gözəllər”dən biri Qış Olimpiya Oyunlarında iştirak edən ABŞ idmançılarını alqışlamağa başlayıb. Gənc qız yalnız yanında əyləşən digər qrup üzvünün xəbərdarlığından sonra alqışlamağa son verib.

Şimali Koreya idmançısının bu addımını dünya mətbuatı “Həyatının səhvini etdi” başlığı ilə təqdim edib. Mətbuatda “Gözəllər ordusu”nun sərt nizam-intizam və hərbi qaydalara uyğun şəkildə idarə edildiyi, qrupun qanunlarını pozanlara qarşı ölkə başçısı Kim Çen İnin ağır cəzalar tətbiq etdiyi bildirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi