“Həssas təbəqədən olan uşaqların sosial yardımlardan faydalanmaq imkanı genişləndirilməlidir”

“Həssas təbəqədən olan uşaqların sosial yardımlardan faydalanmaq imkanı genişləndirilməlidir” -Könül Nurullayeva

"Uşaqlar bizim gələcəyimiz, sabahın qərar verən şəxsiyyətləridir.Buna görə də onları müdafiə etmək, qorumaq hər birimizin borcudur”.

Milli Məclisin deputatı Könül Nurullayeva Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin birgə təşəbbüsü ilə “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” adlı dinləmədə çıxışı zamanı belə deyib. Bildirib ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra respublikamızda bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı işlər görülməyə başlanıldı. Uşaqların sağlamlığının qorunması, müasir tələblərə cavab verən şəraitdə təhsil almaları istiqamətində mühüm tədbirlər həyata keçirildi. Eyni zamanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvercilik bazası formalaşdı: “Milli Məclisində uşaqların hüquqlarının qorunmasına dair mühüm qanunvericilik aktları qəbul olundu. Bu mənada “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunların qəbulunu xüsusilə qeyd etmək lazımdır. Həmin siyasət bu gün də uğurla davam etdirilir. Hazırda uşaqların hüquqlarının qorunması, rifahının yüksədilməsi, sosial müdafiəsinin gücləndirilməsi dövət siyasətinin başlıca istiqamətlərindən biridir”. 

Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat qeyd edib ki, ölkəmizdə uşaqların hüquqları ən ali səviyyədə Konstitusiya qanunları ilə qorunur və Azərbaycan dövləti uşaq hüquqlarının qorunmasının, təhlükəsizliyinin qarantıdır. Lakin bütün dünyada olduğu kimi Azərbaycanda da uşaq hüquqları ilə bağlı bir sıra problemlər mövcuddur: “İnformasiya əsridir. Uşaqları zərərli informasiyadan qorumaq ən başlıca məqsədimiz olmalıdır. Bu gün ölkəmizdə uşaq əməyinin istismarı, uşaq cinayətlərinin törədilmə sayı əksər cəmiyyətlərdən daha aşağıdır. Çünki ailə institutu möhkəmdir, buna güclü nəzarət var. Dövlət də, özlüyündə bu işdə qanunverici orqan olan Milli Məclis də uşaqların yaşayış şəraitinin yaxşılaşdırılması, təhsil, idman, səhiyyə və s. digər sahələrdə mühüm əhəmiyyətə malik qanunvericilik aktları qəbul etməklə bu sahədə əlindən gələni edir.” 

K.Nurullayeva hesab edir ki, uşaqların hüquqlarının qorunması, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi dövlət uşaq siyasətinin prioritet istiqamətləridir: “Uşaqların sağlamlığının möhkəmləndirilməsi, sağlamlığa davamlı və effektiv nəzarət mexanizmi, onların müasir tələblər səviyyəsində təhsil alması, təhsildən yayınma hallarına mərkəzləşdirilmiş nəzarət qaydaları, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələrin həyata keçirilməsinə, uşaqların ailə mühitində böyüməsinə, bu mühitin qorunmasına inzibati yollarla da çalışılmalıdır, nikahın pozulması halları sərtləşdirilməlidir. Eyni zamanda, məktəbəqədər yaşda olan uşaqların intellektual, fiziki və psixoloji inkişafı, hər bir uşağın məktəbəqədər təhsil imkanlarına əlçatanlığı, onların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması vacib məsələlərdəndir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, şəhid ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır, onların sosial dövlət yardımlarından faydalanması imkanı daha da genişləndirilməlidir. Uşaqların hüquqlarının qorunması istiqamətdə qəbul olunan qanunlar da məhz bu məqsədlərə xidmət edir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi