
İran Hörmüz boğazını açmağa hazırdır - KİV
ABŞ hərbi təzyiqi azaltsa və İran limanlarına qoyulan blokadanı aradan qaldırsa, İran Hörmüz boğazını yeddi gün ərzində açmağa hazırdır.
Bu barədə “Röyters” yüksək rütbəli İran rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, Tehran Vaşinqtonun konkret qarşılıqlı addımları müqabilində bu addımı atmağa hazırdır.
Nəşrin məlumatına görə, İran tərəfi hazırda Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli həftəsini ABŞ-la diplomatik əlaqələri bərpa etmək üçün fürsət kimi dəyərləndirir./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın