"Kafedra müdiri kimi dərs demək nə vaxtdan qanun pozuntusu olub"- ADAU-nun kafedra müdiri

"Kafedra müdiri kimi dərs demək nə vaxtdan qanun pozuntusu olub"- ADAU-nun kafedra müdiri 

"Kafedra müdiri olub, həmin kafedrada 0,5 ştat dərs demək nə vaxtdan qanun pozuntusu olub. Digər tərəfdən bunu səsləndirən saytlar əmindirlər ki, düz yazırlar?"

Bu fikirləri Faktinfo.az saytına haqqında tənqidi yazılara münasibət bildirən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) "İnformasiya Texnologiyaları" kafedrasının müdiri Zakir Hüseynov bildirib.


"Yazırlar ki, Zakir Hüseynov kafedra müdiri, həm də Gəncə 38 saylı Nizami İkinci Seçki Dairəsinin sədridir və iki vəzifə maaşı alır, bu kobud maliyyə pozuntusudur. Hansı maliyyə pozuntusundan danışırlar axı. Bu maliyyə pozuntusu olsa idi, sizcə mən seçki dairəsinin sədri ola bilərdim? 


Səhv etmirəmsə bu barədə 32 gün.az saytı da Gəncə Şəhər prokurorluğuna sorğu vermişdi,cavab verildi.Başqa nə deyim, üzrlü sayın işim var." - Zakir Hüseynov bildirdi.

FAKTİNFO.AZ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər