Kanadanın baş nazirindən islamofobiya ilə bağlı etiraf

Kanadanın baş nazirindən islamofobiya ilə bağlı etiraf -"Bu alçaq və xain nifrəti dayandırmaq lazımdır"

Kanadanın baş naziri Castin Tryudo London şəhərində (Ontario əyaləti-red) avtomobilin sürücüsünün müsəlman ailəsini qəsdən vuraraq öldürməsi barədə yayılan xəbərdən sonra ölkədə islamofobiyanı dayandırmağa çağırıb.

 Kanadanın hökumət rəhbəri bu barədə sosial şəbəkədə çağırış edib.

"Bizim cəmiyyətlərimizdən heç birində islamofobiyaya yer yoxdur. Bu alçaq və xain nifrəti dayandırmaq lazımdır", - hökumət başçısı tvitterdəki səhifəsində yazıb.

O, həmçinin bildirib ki, bu xəbərdən dəhşətə gəlib. Kanadanın baş naziri eləcə də bütün ölkə müsəlmanlarına həmrəyliyini ifadə edib.

Qeyd edək ki, daha əvvəl Kanadanın Ontario əyalətinin London şəhərində sürücü avtomobillə müsəlman ailəsini qəsdən vurub. Hadisə nəticəsində ailənin dörd üzvü həlak olub.

Yerli polisin məlumatına görə, bir nəfər hadisə yerində həlak olub, daha üç nəfər xəstəxanada ölüb. Qəza zamanı yalnız doqquz yaşlı uşaq sağ qalıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi