“Mançester Yunayted” “Liverpul”u məğlub etdi- 2:1

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi- 2:1 

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 30-cu turunda "Liverpul" üzərində qələbə qazanıb.

 Mançester şəhərinin "Old Trafford" stadionunda keçirilən görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Mankunyanlar"ın heyətində hücumçu Markus Raşford dubl edib.

"MY" bu qələbə sayəsində xallarının sayını 65-ə çatdırıb və İngiltərə çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb, "Liverpul" (60) üçüncüdür.

İngiltərə Premyer Liqası. 30-cu tur

"Mançester Yunayted" – "Liverpul" – 2:1

Qollar: 1:0 – Raşford – 14, 2:0 – Raşford – 24, 2:1 – Beyi – 66 (avtoqol)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi