Məhərrəm ayı bu tarixdə başlayacaq

Məhərrəm ayı bu tarixdə başlayacaq 

Bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimi ilə avqustda başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Vüsal Cahangirli bildirib ki, bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimi ilə avqustun 21-nə təsadüf edir.

Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq.

Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür.

QMİ əməkdaşı onu da bildirib ki, bu il Qurban bayramı iyulun 31-nə təsadüf edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi