Yeni tikili “Abad” həyət ərazisini baxımzsız vəziyyətə saldı

Yeni tikili “Abad” həyət ərazisini baxımzsız vəziyyətə saldı - VİDEO

Tikilir, qurulur, artıq dam örtüyü vurulur... Görüntülər Xətai rayonu  Cavanşir 9 ünvanındandır.

Ərazidə yaşayan sakinlər deyir ki, beşmərtəbəli binaların həyətində fəaliyyət göstərən “Qaya” restoranı bir neçə gündür yeni tikiliyə başlayıb. Bu tikili sakinlərin avtomobil saxladığı yerə qədər uzanıb, bir sözlə iaişə obyekti “ABAD2 həyət çərçivəsində öz obyektini də abadlaşdırmaq istəyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğumuza cavab olaraq bildrildi ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 9 ünvanında yerləşən əvvəlcədən mövcud obyektə qanunsuz artırmanın inşa edilməsi faktı ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Hazırda Baş İdarə tərəfindən qeyd olunan tikintinin qarşısı alınaraq, qanunvericiliyə uyğun qaydada aidiyyəti dövlət qurumlarına səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi üçün məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪