Professor Kərim Tahirov yubileyi münasibətilə təbrik olunub

Professor Kərim Tahirov yubileyi münasibətilə təbrik olunub -FOTOLAR

Faktinfo.az xəbər verir ki,Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Mədəniyyət Nazirliyinin kollektivi, eləcə də Azərbaycan Milli Kitabxanasının əməkdaşları Milli Kitabxananın direktoru, professor Kərim Tahirovu yubileyi münasibətilə təbrik ediblər.

Təbrikdə professor Kərim Tahirovun uzunillik səmərəli fəaliyyəti, kitabxana işinin inkişafına, milli-mədəni irsin qorunmasına və təbliğinə verdiyi töhfələr xüsusi qeyd olunub. Onun Azərbaycan kitabxanaşünaslıq elminin və kitabxana sahəsinin inkişafındakı xidmətləri, zəngin peşəkar təcrübəsi və kitabxana-informasiya fəaliyyətinin müasir tələblərə uyğun təşkilindəki rolu yüksək qiymətləndirilib. Həmçinin, rəhbərliyi ilə Azərbaycan Milli Kitabxanasında həyata keçirilən təşəbbüslərin və layihələrin kitabxana xidmətlərinin müasirləşdirilməsinə, informasiya resurslarının zənginləşdirilməsinə və onların ictimaiyyət üçün əlçatanlığının artırılmasına verdiyi töhfələr vurğulanıb.

Kərim Tahirov Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Mədəniyyət Nazirliyinin Fəxri Diplomu ilə təltif olunub.

Professor Kərim Tahirov yubileyi münasibətilə təbrik olunubProfessor Kərim Tahirov yubileyi münasibətilə təbrik olunubProfessor Kərim Tahirov yubileyi münasibətilə təbrik olunubProfessor Kərim Tahirov yubileyi münasibətilə təbrik olunubProfessor Kərim Tahirov yubileyi münasibətilə təbrik olunubProfessor Kərim Tahirov yubileyi münasibətilə təbrik olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪