
Məhkəmədən generalın qızı ilə bağlı qərar...
Xəbər verdiyimiz kimi, general-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva dələduzluqda şübhəli bilinərək saxlanılıb.
General qızı təqsirləndirilən şəxs qismində cəlb olunub və Sumqayıt şəhər məhkəməsinə çıxarılır.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.
***
General mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt şəhər Məhkəməsinə gətirilib.
Məlumata görə, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb.
Yaxın dəqiqələr də Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb./Unikal.az
***
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevanın barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.
Teleqraf.com-un xəbərinə görə, Əliyeva Türkər Natiq qızı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt şəhər Prokurorluğu tərəfindən məhkəməyə daxil olmuş təqdimat üzrə qərar elan edilib.
Sumqayıt Şəhər Məhkəməsinin qərarına görə, Türkər Əliyeva barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunub və 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbirinin seçilb.
Qərarada Türkır Əliyevanın barəsində ev dustağlığı seçilməsi üçün əsaslar müəyyən edilib.
Qərarda himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olması, uşaqlarını təkbaşına böyütməsi, Türkər Əliyeva tərəfindən vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılması, eyni zamanda Türkər Əliyevanın daimi yaşayış yerinin olması, himayəsində olan 4 uşağı ilə qeyd olunan ünvanda yaşaması, istintaq orqanından yayınmaması və yayınmaq niyyətini təsdiq edəcək heç bir sübutun məhkəməyə təqdim olunmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması göstərilib.
İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdən külli miqdarda pul alıb. O, vətəndaş şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, Türkər Əliyeva Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun, sonradan isə eyni nazirliyin Tibb xidmətinin rəisi işləmiş general-mayor Natiq Əliyevin qızıdır.
General qızı bir müddətdir müxtəlif qalmaqallarla medianın gündəmindədir. Bu yaxınlarda o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində idarə rəisi və bir əməkdaşın ona qarşı qanunsuzluq və təhqirlərə yol verdiyini iddia etmişdi. Sonradan həmin idarə rəisi vəzifəsindən azad edilib.












Bu xəbər üçün şərh yazın