Milli Kitabxanada “21 sentyabr – Beynəlxalq Sülh Günü” adlı kitab sərgisi virtual rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “21 sentyabr – Beynəlxalq Sülh Günü” adlı kitab sərgisi virtual rejimdə istifadəçilərə təqdim olunub 

21 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada “21 sentyabr – Beynəlxalq Sülh Günü” adlı kitab sərgisi virtual rejimdə istifadəçilərə təqdim olunub.

BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan edilmişdir.

Sərgidə Azərbaycan - Ermənistan - ABŞ Birgə Bəyannaməsi, Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası, Azərbaycanda cəmiyyətin gələcək inkişafı və sülhün qorunub saxlanılması və möhkəmləndirilməsi üçün atılan addımlar və s. mövzu haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_sulh_gunu/index.htm linkindən istifadə edə bilərlər.

21 sentyabr nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir. İnsanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran bu gün BMT-nin Nyu-Yorkdakı Baş qərargahında quraşdırılan “Sülh zəngi”nin çalınması ilə başlayır.

44 günlük Vətən müharibəsi dövründə istərsə də müharibədən ötən dövr ərzində ordumuz tərəfindən erməni təxribatlarına cavab verilərkən dinc əhaliyə qarşı humanizm prinsipləri daim qorunmuş, əbədi sülhün yaranması üçün bütün vasitələrdən istifadə olunmuşdur.

Azərbaycan Respublikasının dövlət siyasəti regionda əbədi sülhün bərqərar olmasına yönəlib və bu kurs ardıcıl olaraq aparılır.

Azərbaycanın sülhsevər ölkə kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edildi, bu səbəbdən multikulturalizm və tolerantlıq mövzularında beynəlxalq konfransların məhz ölkəmizdə keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən diplomatik bacarığı, həyata keçirdiyi uğurlu siyasət sayəsində regionda əbədi sülh bərqərar olacaq.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər