Milli Kitabxanada 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib

Milli Kitabxanada 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib 

Faktinfo.az xəbər verir ki,23 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Kitabxanasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. Ardınca Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən 44 Günlük Vətən müharibəsi şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Professor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş hərbi qulluqçulara və şəhidlərə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur. O, Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirərək şəhidlərin həyat və döyüş yolundan, onların Vətən qarşısındakı xidmətlərindən söz açıb. Şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının, onların qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.

Daha sonra Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, t.ü.f.d. Ədibə İsmayılova və İnformasiya axtarış sistemləri ilə iş şöbəsinin müdiri Səyyarə Məmmədli çıxış edərək Vətən müharibəsinin xalqımızın çoxəsrlik dövlətçilik və mübarizə tarixində xüsusi mərhələ təşkil etdiyini, 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş əzmini, qəhrəmanlıq və fədakarlıq sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu vurğulayıblar. Bildirilib ki, şəhidlərimizin həyat və döyüş yolu xalqımızın qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsidir və onların əziz xatirəsinin yaşadılması, göstərdikləri şücaətin tarixi yaddaşda qorunması mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “27 sentyabr – Anım Günü” adlı elektron məlumat bazası təqdim olunub. Məlumat bazasında rəsmi səsnədlər – Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin sərəncamı, düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı, II Qarabağ müharibəsi şəhidlərinin siyahısı, 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz, bu qələbənin əldə olunmasında şəhid olmuş hərbiçilər haqqında nəşrlər, Vətən müharibəsi iştirakçılarına orden və medalların verilməsinə dair sərəncamlar, erməni terroru ilə əlaqədar fotolar və videolar nümayiş olunmuşdur.

Sonda iştirakçılar Milli Kitabxananın fondunda qorunan Vətən müharibəsi, şəhidlər və Qarabağ mövzusunda nəşrlərdən ibarət geniş kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Vətən müharibəsinə, şəhidlərimizin həyat və döyüş yoluna həsr olunmuş kitablar, albomlar və digər nəşrlər təqdim edilib.

Milli Kitabxanada 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilibMilli Kitabxanada 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilibMilli Kitabxanada 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilibMilli Kitabxanada 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi