Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib?

Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? 

Açıqlanan rəsmi statistikaya görə, son 5 ildə – 2020-2024-cü illərdə pensiya yaşına (65 yaş) çatmadan ölən kişilərin sayı 88 min 100 nəfər olub.
Yeniavaz.com-un apardığı hesablamalar göstərir ki, pensiya yaşına çatmadan ölən kişilər vəfat edən kişilərin ümumi sayının 48,5%-ni təşkil edib.

Qeyd edək ki, rəsmi statistikanın açıqlandığı son 5 il ərzində ən yüksək göstərici 2020-ci ildə qeydə alınıb. Həmin il vəfat edən kişilərin 50,7%-i pensiya yaşına çatmadan dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə 1998-ci ildə kişilərin pensiya yaşı 60 yaşdan 61 yaşa qaldırılıb. Daha sonra, 2000–2009-cu illərdə pensiya yaşı 62 yaşa yüksəldilib. Sonrakı illərdə də pensiya yaşı mərhələli şəkildə artırılıb və 2020-ci ildən etibarən 65 yaş müəyyən edilib.

Müqayisə üçün qeyd edək ki, pensiya yaşının 60 yaş olduğu 1998-ci ildə pensiya yaşına çatmadan ölən kişilərin sayı vəfat edən kişilərin 44,3%-ni təşkil edib.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi