Peskovun arvadının açıqlamaları gündəm yaradıb-

Peskovun arvadının açıqlamaları gündəm yaradıb- "Dmitri virusu evə Kremldən gətirib"

Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun koronavirusa yoluxması xəbəri təsdiqləndikdən sonra ciddi müzakirələr başlayıb.

Məlum olub ki, Peskovun arvadı Tatyana Navka da virusa yoluxub və hazırda xəstəxanadadır. Navkanın açıqlamaları isə gündəm yaradıb.Cebhe.info xəbər verir ki, Navka xəstəliyi yüngül keçirdiyini, qızdırma və öskürəyin artıq olmadığını, hətta dərman qəbul etmədiyini bildirib.
Onun sözlərinə görə, uşaqlarıyla birlikdə hazırda karantindədir.

Ancaq onun "Dmitri virusu evə Kremldən gətirib" sözləri Prezident Putinin də virusa yolxuma ehtimalını gündəmə gətirib. Ancaq Navka Peskovun uzun müddətdir Putinlə şəxsən görüşmədiyini deyib: "Bir aydan artıqdır ki, Putin Dmitri ilə əlaqəni ancaq internet vasitəsilə saxlayırdı”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi