Polad Necə Əridi !!

Polad Necə Əridi !! 

Mərhum Zakir Kərimovun vaxtsız vəfatına ittihaf edirəm...

Yaddaslara həkk olunan 29  iyul 2026- ci il tarixli gun.. Əzizimiz  Zakir Kərimovla  vidalaşdığımız son gun...Kaş ki, o günü silə biləydik yaddaşımızdan gəlbimizdən, xatirəmizdən.. Acımız heç vaxt yaddan cıxmaz,
unudulmaz!!

Kərimov Zakir Qəzənfər oglu 1949- cu ilin 23 noyabr tarixində Qərbi Azərbaycanın  Göycə mahalının Daskənd kəndində dunyaya göz açmış,tam orta məktəb təhsilini Bərdə rayonunun Yeni Daskənd kəndində, Ali təhsilini Azərbaycan Dövlət  Universitetində başa vurmuşdur...

Mərhum polkovnik Zakir Kərimov, uzun illər  Azərbaycan Daxili İşlər Nazirliyi nəzdində polis bölmələrinə rəhbərlik etmis (Agdam rayonu), Azərbaycanın Quba,Gədəbəy, Kəlbəcər rayonlarında  polis rəisi vəzifəsində işləmişdir..

Çətin müharibə illərində xalqına, dövlətinə sevən vətənpərvər rəhbər polis işçisi nüfuzunu tanıtmış,səmimi bir insan kimi təmasda olduğu insanların dərin hörmətini qazanmışdır.. Mərhum Zakir Kərimov biliyi,bacarığı, genis dünya görüşü sayəsində Azərbaycanın  layiqincə tanınmasında bacardığını  etmiş, geniş fəallığ göstərmişdir.

O, nəcib qəlbli, xeyirxah insan, gözel Ata, qayğıkeş Baba idi... Ruhun şad, məkanın cənnət olsun Zakir müəllim..Bu Ağır itki, barışdırdı bizi, birləşdirdi bizi. Heyif Senden.. Xoş xatirələrin,xoş əməllərin, layiqli davamçılarının duaları  Allah dərgahında gəbul olunsun..
Amin! 

Söz söhbətlərində təbiətə olan sevgidən, onun gözəlliyindən, dünyanın faniliyindən,həyatın vəfasızlığından danışardın... Sanki hiss etmişdin bu vaxtsız ölümü... Kəndimizin daşıda, torpağıda göz yaşı axıdırdı həmin gün... El əhli, qohum əqrəba,dostlar, Qardaş, Bacılar naləsi göyə qalxmışdır... Həmişə sevincli,qohum-qaralı olan Ata, Baba mülkündə indi başqa əhval ruhiyə vardır... Ürəklər sızıldayır gizli-gizli... Vaxtsız ölümün hamını sarsıdıb...

Yenə də boy-buxunlu, təəssübkeş, yaraşıqlı, gülər üzlü, xoş xasiyyətli durmusan gözlər önündə,Zakir müəllim... Qayğına möhtac, yoxluğuna inana bilmirik.. Acımız heç vaxt yaddan cıxmaz, unudulmaz... 

Əziz xatirən qəlbimizdə daimi yaşayacaqdır...

Allah rəhmət eləsin..
Amin..

Azər Kərimov(Rəsul), 

texniki elmlər doktoru,professor
     
Bərdə rayonu Yeni Daşkənd kəndi.
23.08.2026

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi