Politoloq Rövşən Novruzoğlu:

Politoloq Rövşən Novruzoğlu: "Rektorun doktorluq dissertasiyasında Ulu Öndərin hakimiyyəti dövrü sərt tənqid edilibsə..."

“Əgər Ədalət Muradovun doktorluq dissertasiyasında Ulu Öndərin hakimiyyəti dövrü sərt tənqid edilibsə, Azərbaycanın tezliklə iqtisadi tənəzzülə uğrayacağı yazılıbsa, görün onun namizədlik dissertasiyası nə gündədir...”

Faktinfo.az xəbər verir ki,bu fikirləri  Politoloq Rövşən Novruzoğlu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun 1998-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («Интеграция переходной экономики в систему мирового хозяйства»),həmçinin doktorluq dissertasiyası və 1993-cü ildə  T.Şevçenko adına Kiyev Dövlət Universitetində müdafiə etdiyi “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” (Azərbaycanın nümunəsində)" («Структурные преобразования экономики региона при переходе к рынку» )mövzusunda Təzadlar.az-ın suallarını cavablandırarkən bildirib. 

Saytın məlumatına görə,Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun bəhs edilən doktorluq dissertasiyasında, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gələndən sonrakı illəri əhatə etdiyi  dövrdə aparılan böyük iqtisadi islahatlar qəti şəkildə şübhə altına alınmış, siyasi hakimiyyətin bu istiqamətdə atdığı bütün məsul addımlar rektorun  proqnoz və rəqəmləri ilə tənqid olunmuşdur. O cümlədən, Ə.Muradov dünyanın diqqət mərkəzində olmuş, Azərbaycan üçün taleyüklü strateji iqtisadi layihə olan «Əsrin müqaviləsi»ni də əsassız olaraq gözdən salmış, dünya ictimaiyyətinə bu layihə barədə mənfi, səmərəsiz rəy aşılamışdır. 

Məqalədə o da bildirilir ki,məlum "tezislər" saytın rəsmi sorğusu rektor və Prezident yanında AAK tərəfindən  cavablandırılmadıqdan sonra məlum olub. Belə ki,Təzadlar.az-ın  əməkdaşları Kiyev şəhərində araşdırma aparıb,həmin dissertasiya və monoqrafiyanı tapıb gətirməyə müvəffəq olublar.İlkin incələmədən bəlli olub ki,rektorun müdafiə işi «Əsrin müqaviləsi»ni gözdən salmaqla tamamlanıb. Bir sözlə,158 səhifəlik bu dissertasiyanın Azərbaycanda gizlədilməsinə qədər müəyyən iddia irəli sürən sayt bu mövzuda Politoloq Rövşən Novruzoğlunun fikirinə də yer ayırıb.

Sitat:" Düşünürəm ki, burada daha ciddi müəmmalar var. Mən də universitetin saytına daxil oldum, ümumiyyətlə, internetin beynəlxalq axtarış sistemində gəzişmələr etdim, lakin Ədalət Muradovun “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” (Azərbaycanın nümunəsində)" («Структурные преобразования экономики региона при переходе к рынку» mövzusunda namizədlik dissertasiyasının yalnız quru adına rast gəldim. Necə ola bilər ki, ən adi bir mütəxəssis-alimin dissertasiyaları hamı üçün əlçatandır, amma o boyda rektorun doktorluq və namizədlik dissertasiyaları tapılmır. Burda nə sirr yatır? Düşünürəm ki, səbəb birdir: Ədalət Muradov doktorluğunu 1998-ci ildə müdafiə edib, həmin illərin siyasi narahatlığını hamımız bilirik. Azərbaycanda müxalifət aktivləşmişdi, hətta onların hakimiyyətə gəlməsi barədə geniş müzakirələr gedirdi, Ermənistan mətbuatı isə Heydər Əliyevin müdrik siyasətçi olduğunu bilir və hakimiyyət dəyişikliyi onların ürəyindən idi və s. Lakin rektor Ədalət Muradov da ola bilsin həmin ab-hava təsiri altında olub və ona görə də doktorluq dissertasiyasında Ulu Öndərin hakimiyyətdə olduğu illəri, cəmi 5 il idi, doktorluq dissertasiyasında sərt tənqid etmiş, gözdən salmış, hakimiyyəti aşağılamışdır..." 


Onu da qeyd edək ki,Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun doktor elmi dərəcəsi və professor adına layiq görülməsi bir neçə il ölkə KİV-lərinin müzakirə mövzusu olub.Belə ki, Ə. Muradov rektor təyin olunan vaxta,yəni 5 mart 2014-cü ilə qədər  elmlər doktoru  kimi  tanınsa da,ona yalnız 26.12.2014-cü ildə AAK tərəfindən iqtilsad elmləri doktoru adı verilib.Rektorun doktorluq dissertasiyasını 1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən müəyyən problemlər səbəbindən diplomunu ala bilməməsi , 16 ildən sonra bu ada Azərbaycanda layiq görülməsi saytlarda yayımlanıb. 

Həmçinin Ə.Muradovun  elmlər doktoru elmi dərəcəsi  almazdan əvvəl professor adına layiq görülməsi də, rəhbəri olduğu universitetin pedaqoji kollektivini təəccübləndirib (universitetin pedaqoji kollektivini təəccübləndirib o mənada yazırıq ki,bu barədə ADİU-nun bir neçə professoru mətbuatda çıxış edib),elmi ictimayyət arasında,sosial   şəbəkələrdə,instaqram səhifələrində müzakirələrə yol açıb.O da vurğulanıb ki,Ə.Muradov 2002-ci ildə keçmiş İqtisadi İnkişaf Nazirliyində işlədiyi müddətdə həm də Prezident yanında Ali İdarəçilik Akademiyasında dərs deyib. 

O  21.11.2014-cü ildə professor adına layiq görülsə də, bundan əvvəl 10 ilə yaxın müddətdə yarım ştat professor məvacibi alıb. Məhdud bir vaxtda,özü də ardıcıllığın pozulması ilə iki ada sahiblənmək təbii ki, müəyyən  söz-söhbətlərə yol açıb.  Burada hər kəsi düşündürən incə mətləb ondan ibarətdir ki, Ə.Muradov rektor təyin olunduqdan  8 ay sonra  əvvəl  professor, ardınca isə doktor adını necə alıb? 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi