Pomidor-yumurta bişirilən məktəbin direktoru “xəstələndi”

Pomidor-yumurta bişirilən məktəbin direktoru “xəstələndi” 

Bakı şəhəri, Xətai rayonundakl 48 saylı tam orta məktəbdə çəkilən görüntülər sosial şəbəkələrin gündəmini zəbt edib.

Yenisabah.az xəbər verir ki, sinif otaqlarının birində 10-cu sinif şagirdlərinin pomidor-yumurta bişirərkən çəkdikləri görüntülər rəsmi qurumları hərəkətə gətirib.

Aldığımız məlumata görə, görüntülər ortaya çıxandan dərhal sonra Elm və Təhsil Nazirliyinin nümayəndələri məktəbdə araşdırmalara başlayıb.

Günün ikinci yarısında isə 48 saylı tam orta məktəbə polis əməkdaşları təşrif buyurub. Onlar görüntülərin necə və hansı şəraitdə çəkildiyini ararşdırırlar.

Məktəbdən verilən məlumata görə, sözügedən görüntülərin ictimailəşməsi direktor Aynurə Bağırovanı təşvişə salıb. O, Bakı Şəhər Baş Təhsil İdarəsindəki hamilərinin məsləhəti ilə bülletenə çıxıb.

Direktorun qəfildən “xəstələnməsi” şübhə doğurub.

 Elm və Təhsil Nazirliyinin direktor Aynurə Bağırovanı cəzalandıracağı gözlənilir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi