PSJ Ronaldoya illik 45 milyon avro təklif etdi

PSJ Ronaldoya illik 45 milyon avro təklif etdi 

Fransanın PSJ klubu Kriştiano Ronaldonu heyətinə qatmaq üçün ulduz futbolçuya illik 45 milyon avroluq məvacib təklif edib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Ronaldo UEFA Çempionlar Liqasının finalından sonra verdiyi müsahibədə klubda qalıb-qalmayacağını hələ dəqiq bilmədiyini söyləyib. Onun bu açıqlamasından sonra Fransa klubu Ronaldoya illik 45 milyon avroluq məvacib təklif ediblər.

“Fair-play” qaydalarına əsasən, PSJ portuqaliyalını transfer etmək üçün bir neçə oyunçusunu satmaq məcburiyyətindədir. Komandanı Edinson Kavani, Qonsalo Quedeş və Anxel Di Mariyanın tərk edəcəyi ehtimal olunur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi