Qətər mühasirəni yarır: ilk gəmi göndərildi

Qətər mühasirəni yarır: ilk gəmi göndərildi 

Qətər Omana gəmilərini birbaşa göndərməyə başlayıb.

Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən quru, hava və dəniz sərhədlərinin bağladılmasından sonra xaricdən gətirilən qida idxalından asılı olan Qətər bu addımla mühasirədən azad olmağa çalışır.

Əvvəllər Səudiyyə Ərəbistanı vasitəsilə Omandakı Sahar və Salalah limanlarına səfər edən Qətər gəmiləri indi bu yolu birbaşa qət etməyə başlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi