Rəşid Mahmudov “Poz, qazan” və “Misli.az”la bağlı çağırış etdi:

Rəşid Mahmudov “Poz, qazan” və “Misli.az”la bağlı çağırış etdi: “Aldanmayın”

“Lotoreya, mərc oyunları-filan bunlar hamısı qumar kimi bir şeydir. Bizim dinimizdə isə yazılıb ki, qumar günahdır. Bu cür oyunlar bütün dünya ölkələrində var və mən ölkəmizdə bunun təbliği ilə məşğul olanları qınayıram”.

Bunu Pravda.az-a son zamanlar cəmiyyətdə təbliği geniş yayılan “poz, qazan” ani lotoreyası, “misli.az” kimi mərc oyunları barədə danışarkən professor Rəşid Mahmudov deyib.

 

“Bu oyunların məqsədi bir cibdən başqasının cibinə pul qoymaqdır. Birinin pulunu alıb, başqa birinə verirlər. Bunu ölkədə təbliğ etmək və bundan istifadə etmək əvəzinə, cəmiyyətə yeni faydalı bir şey yaratsınlar. Qumar oyunları ilə milləti qabağa aparmaq mümkün deyil, yəni bunu təbliğ etmək qəbulolunmazdır. İnsanlara da səslənirəm ki, aldanmasınlar, bu bizim cibimizdən başqasının cibinə olan pul axınıdır.

Elə adamlar var ki, mərc oyunlarına yüksək məbləğ qoyduqları üçün evlərini satmalı olublar. Yəni bu oyunlara görə evsiz qalanlar var, küçədə qalanlar var. Yenə qeyd edirəm ki, bu lotoreyalar, mərc oyunları hamısı qumarın bir növüdür. Dinimizdə də qumar düzgün hesab olunmur, dövlətə də yaddır. Azərbaycanı dövlət və xalq kimi inkişaf etdirmək üçün o qədər üsullar var ki, onlardan istifadə etsələr, daha yaxşı olar, lotoreyalardan yox” – R.Mahmudov qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi