Ronaldo beşinci dəfə "Qızıl top"un sahibi oldu 

Portuqaliyanın futbol üzrə yığma komandasının və İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştiano Ronaldo beşinci dəfə “Qızıl top” mükafatı alıb.

Bu barədə mükafatın təsisçisi olan “Frans Futbol” jurnalının Tvitter səhifəsində məlumat yerləşdirilib. 2017-ci il üçün bu mükafata ümumilikdə 30 futbolçu iddia edib.

Kriştiano Ronaldo “Qızıl top”a 2008, 2013, 2014 və 2016-cı illərdə də layiq görülüb. Bundan bir müddət əvvəl isə FİFA onu ilin ən yaxşı futbolçusu elan etmişdi. İndiyədək “Qızıl top” mükafatına beş dəfə yalnız argentinalı futbolçu Lionel Messi layiq görülmüşdü.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi