Ronaldudan zorlama ittihamına cavab:

Ronaldudan zorlama ittihamına cavab: "Mən həyatdan və futboldan həzz almaq istəyirəm"

“Biz vəkillərlə iki həftə əvvəl bəyanatla çıxış etdik. Hamını inandırmaq istəyirəm: – mən yalan ifadə vermək fikrində deyiləm. Bilirsiniz, mən həyatdan və futboldan həzz almaq istəyirəm. Həqiqət zəfər çalacaq”.

Bu sözləri İtaliyanın “Yuventus” futbol komandasının portuqaliyalı hücumçusu Kriştian Ronaldu ona ünvanlanan zorlama ittihamı ilə bağlı sualı cavablandırarkən deyib.

Sentyabrın sonunda Almaniyada amerikalı Ketrin Mayorqanın açıqlaması dərc edilib. Qadın Ronaldunu zorlamada ittiham edib. Mayorqanın sözlərinə görə, futbolçu 2009-cu ildə Las-Veqasda ona qarşı seksual zorakılıq edib. O, qeyd edib ki, forvard susması müqabilində ona pul verib.

Daha əvvəl Ronaldunun vəkili bildirib ki, bu işlə bağlı sənədlər saxtalaşdırılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi