Roza Zərgərlinin oğluna niyə ev verilib? -

Roza Zərgərlinin oğluna niyə ev verilib? - RƏSMİ AÇIQLAMA + VİDEO

"Sosial şəbəkələrdə müğənni Roza Zərgərlinin övladlığa götürdüyü deyilən Corc Qafarova niyə mənzil verilməsi barədə məlumat paylaşılır.

Qeyd edim ki, Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir".

APA.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov məlumat yayıb.

O qeyd edib ki, indiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir:"Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyəti dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Yəni, Corc Qafarova mənzil ona görə verilməyib ki, deyilən məlumata görə o müğənninin himayəsində yaşayır. Ona görə ev verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib".

R.Zərgərli də C.Qafarova evin verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan söz-söhbətə münasibət bildirib: “Corc dövlətin övladıdır, dövlət də onu evlə təmin edib. Buna sevinmək lazımdır. Sosial şəbəkələrdə camaat ağzına gələni yazır. İndi müğənni olub qələt etmişik, himayəmizə uşaq götürmüşük. Götürmüşük, təhsilinə, səhhətinə baxmışıq. İki böyük uşaqdır, ailə qurmalıdırlar, harada yaşayacaqlar? Bu, ilk uşaq deyil ki ev verilir. Bunu şişirtmək olmaz”.

Ətraflı süjeti təqdim edirik:




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi