Rusiyanı tora saldılar, növbə Türkiyənindir -

Rusiyanı tora saldılar, növbə Türkiyənindir - Başbuğ

Hazırda Türkiyəni beynəlxalq aləmdə təkləmək cəhdləri edilir.

 Lakin bunu Türkiyənin Rusiya ilə yaxınlaşması kimi anlamaq doğru olmaz. Çünki burada ABŞ-ın istəyi Ukrayna-Rusiya tələsini Yunanıstan və Türkiyənin olduğu bölgədə qurmaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında Qərbin Yunanıstandan istifadə edərək Ankaraya qarşı atdığı addımlar haqqında danışan Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti, istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Ekspertin sözlərinə görə, məqsəd türk dünyasının birləşməsini və Suriyada keçiriləcək əməliyyatları əngəlləməkdir:

“Əvvəl Ukraynada hiyləgər oyun oynayan ABŞ Rusiyanı tələyə saldı və hər iki ölkə hazırda bataqlıqdadır. Oyunu quran və qazanan ABŞ-dır. İndi isə eyni oyun Yunanıstan üzərindən Türkiyəyə qarşı oynanılır. Yunanıstanı ölkəmizə qarşı qızışdırırlar. Türkiyənin Yunanıstanla toqquşmasını, müharibə etməsini istəyirlər. Biz isə oyunu bildiyimiz üçün çox diqqətli hərəkət edirik. Müharibə üçün vəziyyəti qızışdırmırıq, Afinada ağlı başında olanların siyasi səhnəyə çıxmasını gözləyirik. ABŞ və Avropa niyə bunu edir?

Birincisi, Türkiyə Suriyanın şimalında oyunu pozmaq üçün çox ciddi şəkildə hərəkata hazırlaşır.

İkincisi, Türkiyə və Azərbaycan Turan Ordusunu və türk dünyasını hərəkətə gətirən iki əsas ölkədir. Dolayısı ilə Qərbin, bütün xaçlı məntiqinin təməl qorxusu türk dünyasının birləşəcəyi təqdirdə nə edəcəkləri sualıdır. Bu qorxu sözügedən cəbhənin iliklərinə qədər işləyib. Həm türk dünyası ilə bağlı işlərin, həm də həyata keçirilməsi planlaşdırılan Suriya hərəkatını ləngitmək, qarşısını almaq və Türkiyənin gücünü bölmək üçün çox kirli bir oyun oynanır. Ölkəmizə qarşı bu oyunda bütün Qərb əl-ələdir. Türkiyə isə zamana yayılan oyun oynayır. Bir tərəfdən müdafiə sənayesi layihələrini tez bir zamanda reallaşdırmaq üçün çalışır, digər tərəfdən bütün türk dünyasının NATO-ya bənzər təşkilatlanma ilə bir yerdə olmasını arzu edir. Şuşa Bəyannaməsində Türkiyə və Azərbaycan buna nail oldu. Bəyannaməyə görə, Türkiyəyə təcavüz Azərbaycana, Azərbaycana təcavüz isə Türkiyəyə edilmiş sayılır. Dərhal sonra isə Yunanıstan və Fransa arasında eyni xarakterli müqavilə imzalandı. Baş verənlər təsadüf deyil, qəsdən belə addımlar atılır. Amma bütün hallarda Türkiyə qurulan tələləri görəcək, vaxtı çatanda lazımi həmlələri etməkdən çəkinməyəcək siyasi düşüncəyə, iradəyə və gücə sahibdir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi