“Şansımız vardı, ancaq mən ondan istifadə etmədim” – Messi

“Şansımız vardı, ancaq mən ondan istifadə etmədim” – Messi 

Futbol üzrə dünya çempionatında İslandiya ilə qarşılaşmış Argentina yığmasının kapitanı Lionel Messi bildirib ki, onun komandası qalib gəlmək istəyib.

 Lakin bunu həyata keçirmək alınmayıb.

Faktinfo.az-ın xarici mətbuata istinadən məlumatına görə, futbolçu səhvlərini etiiraf edib: “Biz qalib gəlmək istəyirdik, lakin alınmadı. Erkən qolu vurduq, amma islandlar hesabı bərabərləşdirdilər. Onlar müdafiədə sıx dayanmışdılar. Onu keçmək və sərbəst məkan əldə etmək çətin idi”.

Dünya futbolunun ulduzu etiraf edib ki, komandası onun matçda şansı reallaşdıra bilməməsinə görə məğlub olub. “Bəli, bizdə şans vardı, lakin mən ondan istifadə etmədim. Biz qələbəyə layiq idik. İndi dincəlməyə və növbəti oyuna hazırlığı davam etdirməyə vaxt var”.

Argentinalı oyunçu əlavə edib ki, çempionat gərgin keçir: “Bu, dünya çempionatıdır. Burda heç kim heç kimə heç nəyi sadəcə hədiyyə etmir”.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi