Şəhid anası Kənd Təsərrüfatı nazirini təbrik etdi,oğlunun haqq və hüququnun pozulmasından yazdı

Şəhid anası Kənd Təsərrüfatı nazirini təbrik etdi,oğlunun haqq və hüququnun pozulmasından yazdı 

Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov cənabına media Orqanlarının rəhbərlərinə müraciət ünvanlanıb.

Faktinfo.az saytına göndərilən müraciətdə deyilir:

Hörmətli Məcnun müəllim!

Nazir təyin olunmağınız münasibətilə sizi təbrik edirəm və inanıram ki,elmi potensialınız və təcrübəniz ölkəmizin kənd təsərrüfatının inkişafına çox böyük təkan verəcəkdir.Ümid edirəm ki,siz cənab prezidentimizin etimadını doğrultmaqla ölkədə ərzaq bolluğunun yaradılmasına yardımçı olacaqsınız. Rəhbərlik edəcəyiniz bu sahənin inkişafında Sizə uğurlar arzulayıram.

Hörmətli cənab nazir!

Yazıb diqqətinizə çatdırıram ki,Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi(AXA) Nazirlər Kabinetinin 1994-cü il,15 yanvar tarixli 10 saylı qərarını tam əsassız sayır,Şəhid və Qarabağ veteranı ailəsinin haqqını tapdalayır. Belə ki,öz təhsili,biliyi və təcrübəsi ilə seçilən,hətta Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarına dərs keçən oğlum Həsənov Naməddin Tofiq oğlunu məqsədli şəkildə,qanunsuz olaraq işdən azad edib.Bununla da onun Azərbaycan Respublikasının qanunları ilə təsbit edilmiş haqq və hüququ qanunvericiliyin tələblərinə məhəl qoyulmadan pozulmuşdur.


Bildirim ki,ailə tərkibimiz 6 (altı) nəfərdən ibarət olmaqla,ailəmizdə üç azyaşlı uşaq var.Özüm isə daimi müalicəyə ehtiyacı olan Şəhid və Qarabağ veteranı anasıyam.Qeyd edim ki,artıq kommunal xidməti xərclərini ödəyə bilmirik,çünki ailədə işləyən yeganə oğlum Həsənov Naməddin idi ki,onu da 19 aydır qanunsuz olaraq işdən azad edib,yerinə yetərincə təcrübəsi olmayan,vətən müharibəsində iştirak etməyən bir şəxsi təyin ediblər.


Onu da qeyd edim ki,qanunsuzluqların və özbaşınalıqların tuğyan etdiyi Aqrar Xidmətlər Agentliyində bizi eşidən yoxdur.Aqrar Xidmətlər Agentliyi nəinki mütəxəssisin,Şəhid və Qarabağ veteranı ailəsinin tələbini, hətta cənab prezidentin və Baş nazirin qərarlarını belə əhəmiyyətsiz hesab edir.


Ona görə Sizdən xahiş edirəm ki,Nazirlər Kabinetinin qərarını əldə rəhbər tutaraq oğlum Həsənov Naməddin Tofiq oğlunun yenidən öz vəzifəsinə bərpa olunmasında bizə yardımçı olasınız.Çünki bunu bizdən hüquqi dövlətimiz, onun ali qanunları və cənab İlham Əliyevin apardığı uğurlu siyasət tələb edir.

Hörmətlə, Tovuz rayonu, Vahidli kənd sakini,Şəhid və Qarabağ veteranı anası  Həsənova Ceyran Məhəmməd qızı.

Faktinfo.az                                                            

                                                                          

                                                                          

                                                                           

Şəhid anası Kənd Təsərrüfatı nazirini təbrik etdi,oğlunun haqq və hüququnun pozulmasından yazdıŞəhid anası Kənd Təsərrüfatı nazirini təbrik etdi,oğlunun haqq və hüququnun pozulmasından yazdıŞəhid anası Kənd Təsərrüfatı nazirini təbrik etdi,oğlunun haqq və hüququnun pozulmasından yazdı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi