“Sən çağırsan gələrəm mən, sən yaşa, Azərbaycan” -

“Sən çağırsan gələrəm mən, sən yaşa, Azərbaycan” - İranda aksiya

İranda “Qüds günü” Qarabağ çağırışı edilib.

Aksiya Qoşaçay, Urmiya və Rəşt şəhərlərində baş tutub.

Çağırış zamanı “Qarabağ islam və Azərbaycan torpağıdır”, “Qüds günü” Qarabağda yad olunsun”, “Əlbəttə ki, Qarabağ bir gün azad ediləcək”, “Sən çağırsan gələrəm mən, sən yaşa, Azərbaycan” kimi şüarlar qaldırılıb.

Urmiyada edilən çağırışda isə erməni hakimiyyətinin pislənilməsi ilə yanaşı, Çindəki uyğur türklərinə, onlara edilən zülmlərə də diqqət çəkilib.

Qeyd edək ki, “Qüds günü” İranda ilk dəfə 1982-ci ildə Fələstinin azadlığına dəstək məqsədi ilə keçirilib. O vaxtdan bəri hər il Ramazan ayının sonuncu cümə günü belə tədbirlər təşkil edilir.

Son illər isə “Qüds günü” Azərbaycanda və İraqda şiələr yaşayan bölgələrdə də qeyd olunur./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi