TƏBİB rəhbərliyi daha sərt tədbirlərin görüləcəyini bildirərkən...

TƏBİB rəhbərliyi daha sərt tədbirlərin görüləcəyini bildirərkən... -Yoluxma artırsa, karantin rejimi niyə yumşaldıldı?

Son həftələr Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilsə də, bu gündən xüsusi karantin rejiminin yumşaldılmasının tətbiqinə başlanılıb. Maraqlıdır, yoluxma artırsa, karantin rejimi niyə yumşaldılır? Bu sual ətrafında aparılan müzakirələrdən hiss olunur ki, ölkədəki savadlı təbəqə müəyyən mənada narahatdır.

Elə bu mövzu müəyyən fikir yürütməyə əsas verir.

Faktinfo.az bildirir ki,Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın 18-dən etibarən karantin rejimi ilə bağlı bir sıra qadağaların aradan qaldırılması birmənalı qarşılanmır. Bu qərardan sevinənlər də , bu qərarla bağlı narahatlıq keçirənlər də, hətta qorxanlar da var.

Hər iki tərəfi anlayışla qarşılamaq mümkündür. Ancaq Operativ Qərargahın indiki vəziyyətdə hansı əsaslarla bu qədər yumşalmağa getməsi başa düşülən deyil.

Yaxşı olar ki, faktlara müraciət edək. Koronavirus təhlükəsi ilə bağlı martın 24-dən tətbiq edilən karantin rejiminin birinci mərhələsində virusa yoluxanların sayı kifayət qədər az idi, ölənlərin ümumi sayı isə hələ tək rəqəmlə hesablanırdı.Ciddi karantin tədbirləri sözünü demişdi.Ölkənin tibbi personalı nikbin fikirlər səsləndirirdi.Ölkə ictimayətində müəyyən bir arxayınçılıq da var idi. Koronavirusa qarşı mübarizə tədbirlərinin bu şəkildə davam etdiriləcəyi təqdirdə gündəlik yoluxma sayının birrəqəmli şəkil alacağına dair əminlik də yaranmışdı.

Aprelin 27-də karantin rejiminin qaydalarında yumşalma ilə bağlı qərar qəbul edildikdən sonra vəziyyət bir xeyli dəyişdi. May ayının 2-dən 10-a qədər yoluxanların sayı sürətlə artmağa başladı.Birinci mərhələdə 24-ə  düşən yoluxma sayı sürətlə artaraq 143-ə, hətta 158-ə vs. yüksəldi. Belə bir şəraitdə çoxları karantin rejiminin yenidən  sərtləşdiriləcəyini gözləsə də, tamam əksini gördük. İnsanlara demək olar ki, tam hərəkət azadlığı verildi, ən təhlükəsi də restoran, kafe və çay evlərinin fəaliyyəti səhər saat 8:00 -dan axşam 18:00 qədər bərpa edildi.Onu da bildirək ki,təkcə paytaxt Bakıda minlərlə bu cür iaşə obyekti var və onların fəaliyyətinə nəzarət etmək elə də asan deyil.İaşə obyektlərinin 10-15 müştəridən artıq şəxs qəbul edəcəkləri,təlimata uyğun davranacaqları da müəyyən suallar doğurur.

Elə bu və ya digər səbəblərdən vətəndaşların sağlamlığını təhdid edə biləcək əmsalların hələ də aradan qalxmadığını nəzərə alaraq, hesab edirik ki, iaşə obyektlərini, parkları və s.yerləri vətəndaşların üzünə açmaqdansa, müəyyən müddət gözləmək,Nazirlər Kabineti yanında Operativ Qərargahda təmsil olunan tibbi personalın rəyinə əsaslanmaq daha məqbul sayılardı. 

Çünki xatırlayanlar bilir ki, koronavirusa yoluxanların sayının üçrəqəmli olacağı,bunun bir neçə həftə davam edəcəyi,yoluxanların sağalanlardan artıq olacağı təqdirdə daha sərt qərarlar qəbul ediləcəyi yekdilliklə bildirilirdi.Hətta,yoluxma faizinin 50 rəqəmi ilə əhatə olunması qorxulu hesab edilirdi.Operativ Qərargahda təmsil olunan tibbi personal,TƏBİB rəhbərliyi, o cümlədən, İbrahim Məmmədov açıqca bildirirdi ki,daha sərt tədbirlər görülə bilər.Görünən odur ki,bunun əksi baş verdi və yoluxma faizinin 18 may tarixindən sonra daha yüksək rəqəmlərlə əhatə olunmayacağına dair artıq heç kim təminat verə bilməz. "işləyə,gəzə,çayxanaya da gedə bilərsən,  çalış virusa yoluxmayasan " devizinə üstünlük verildi.  

Onu da ehtimal etmək olar ki,Operativ Qərargahın karantin rejiminin yumşaldılmasına dair qərarında TƏBİB rəhbərliyi və digər aidiyyatı tibbi heyyət koronavirusa qarşı mübarizə tədbirlərinin daha da sərtləşdirilməsini istəyib, İqtisadi amilləri əsas götürən digər səlahiyyətli şəxslər isə karantin qaydalarının mayın 18-dən biraz da yumşaldılmasına tərəfdar çıxıblar.Yekdil fikir o dərəcədə üstünlük təşkil etməyib.

Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi