Təhsil Nazirliyindən açıqlama

Təhsil Nazirliyindən açıqlama 

Ali məktəb prorektorlarının attestasiyasının keçirilməsi yalnız Təhsil Nazirliyinin (TN) tabeliyində olan təhsil müəssisələrinin prorektorlarına şamil ediləcək.

Bunu Trend-ə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov bildirib.

Onun sözlərinə görə, digər nazirlik və komitələrin tabeliyində olan ali məktəblər, eyni zamanda, özəl ali təhsil müəssisələrinin prorektorlarının attestasiyadan keçirilməsi TN-nin səlahiyyətinə aid deyil.

Prorektorların attestasiyasının keçirilməsinin hələlik yalnız layihə olduğunu nəzərə çatdıran sektor müdiri əlavə edib ki, layihənin icrasına başlanıldıqda attestasiya ali məktəblərdəki bütün prorektorları əhatə edəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi