
Ursula fon der Leyendən İlham Əliyevə: Siz öz liderliyinizi nümayiş etdirdiniz!
Avropa Birliyi (AB) Azərbaycanla tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.
"Mənim məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir", - Avropa Komissiyasının rəhbəri deyib.
O, həmçinin Azərbaycanı Ermənistanla sülh prosesinin nəticələri münasibətilə təbrik edib:
"AB Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir. Bu gün mən sizi tarixi sülh sənədini paraflamağınız münasibətilə təbrik etmək istərdim. Siz öz şəxsi liderliyinizi nümayiş etdirdiniz və bu,sabitliyə, etimada və birgə rifaha yol açır.Avropa Birliyi bu sülh prosesini qətiyyətlə dəstəkləyir və biz bundan sonra da mümkün olan hər şeyi edəcəyik.Biz sülhə kağız üzərində deyil, realda töhfə verməyə hazırıq və bu gün də, hər gün də bu istiqamətdə çalışmalıyıq".












Bu xəbər üçün şərh yazın